Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir.
1xeber.media Fed.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Əli Əhmədov bu dəyişiklikdən sonra pensiyaların hesablanma qaydasını izah edib.
Ə.Əhmədovun sözlərinə görə, sözügedən dəyişiklikdən sonra aylıq 1200 manat maaş alan vətəndaşın fərdi hesabına köçəcək vəsait təqribən 31 manat (5%) azalmış olacaq.
Yəni əgər vətəndaşın hazırkı qüvvədə olan qanunla pensiya yaşına çatana qədər pensiya kapitalına 86 min manat yığılırdısa, dəyişiklikdən sonra bu rəqəm 76 min 500 manat olacaq. Belə olan halda, pensiya yaşına çatmış şəxsə 562 manat yox, 531 manat ödənilmiş olacaq.
Ətraflı videomaterialda:















