Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq.
1xeber.media ajans.az-a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür.
Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.
Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.
Qeyd edək ki, bununla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilib.















