Türkmənbaşıda keçirilən 8-ci Məşvərət Görüşünün rəsmi protokolları arasında bir cümlə var idi ki, o, sadəcə quru siyasəti deyil, xalqların ruhunu əks etdirirdi. Prezident İlham Əliyev öz çıxışında Füzuli şəhərində Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun şəxsi təşəbbüsü ilə tikilən yeni məsciddən danışdı. Bu layihə iki ölkə arasında imzalanan iqtisadi sənədlərdən qat-qat fərqli bir məna daşıyır.
1xeber.media xatırladır ki,ötən il təməli qoyularkən iki liderin çiyin-çiyinə durduğu o anlar bu gün real divarlara çevrilir. İşğaldan azad edilmiş torpaqlarda ucalan bu ibadətgah sadəcə memarlıq abidəsi deyil. Bu, vaxtilə dağıdılmış Qarabağ torpağında Türk dünyasının buraxdığı ortaq və sarsılmaz bir mənəvi imzadır.
Özbəkistanın Füzulidə tikdiyi müasir məktəb, Qazaxıstanın uşaq yaradıcılıq mərkəzi və Qırğızıstanın Ağdamda ucaltdığı Manas məktəbindən sonra Türkmənistanın məscid hədiyyəsi Qarabağın sadəcə Azərbaycanın deyil, bütün Türk coğrafiyasının ortaq ürək döyüntüsü olduğunu sübut edir. Rəsmi Bakı bu layihələri rəqəmlərlə deyil, xalqların bir-birinə uzatdığı ən səmimi qardaşlıq əli kimi dəyərləndirir















