1xeber.media xəbər verir ki, Perunun Keropalka şəhərinin meri vəzifəsinə solçu Ahora Nación partiyasının namizədi Hitler Mussolini Simeon Flores seçilib. Bu barədə partiyanın rəsmi saytında məlumat verilib.
Məlumata görə, Flores bələdiyyə seçkilərində səslərin 34,54 faizini toplayaraq qalib gəlib. Namizədin adı İkinci Dünya müharibəsi dövründə Avropa tarixində mühüm rol oynamış Almaniya nasist rejiminin lideri Adolf Hitler və İtaliya faşist diktatoru Benito Mussolininin adları ilə üst-üstə düşdüyündən nəticələr ictimaiyyətin diqqətini çəkib.
Flores isə bu adın ona doğularkən valideynləri tərəfindən verildiyini və əsl adı olduğunu bildirib.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Namibiyada da Adolf Hitler Uunona adlı siyasətçi Ompondja dairəsinin regional şurasına üzv seçilərək beşinci dəfə vəzifəsində qalib gəlib.















