Yeni Zelandiyada seçki öncəsi siyasi mübarizə güclənir
1xeber.media xəbər verir ki, Yeni Zelandiyada noyabrın 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mübarizə kəskinləşib. Reuters-in məlumatına görə, hakim mərkəz-sağ koalisiyası ilə müxalifətdəki Leyboristlər Partiyası arasında rəqabətin gərgin keçəcəyi gözlənilir.
Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi Milli Partiya iqtisadi sabitliyi və pensiya yığımlarının genişləndirilməsini ön plana çəkir. Müxalifət lideri Kris Hipkins isə yaşayış xərclərinin azaldılması, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, mənzil və infrastruktur layihələrinə investisiyaların artırılmasını vəd edir.
Seçkilərdə kiçik partiyaların mövqeyi də mühüm rol oynaya bilər. Xüsusilə Uinston Pitersin rəhbərlik etdiyi “New Zealand First” partiyası immiqrasiyanın məhdudlaşdırılması və ölkənin Paris iqlim sazişindən çıxması kimi təkliflərlə çıxış edir.
Analitiklərin fikrincə, seçkinin nəticəsi yalnız böyük partiyaların topladığı səslərdən deyil, hökumət qurmaq üçün hansı siyasi qüvvələrin koalisiya yarada biləcəyindən də asılı olacaq.

















