1xeber.media xəbər verir ki, Sinqapur prezidenti Tharman Şanmugaratnam süni intellektin əmək bazarına təsirinin, xüsusilə universitetləri yeni bitirən gənclərin iş tapmaq imkanları baxımından ciddi müzakirə edilməli olduğunu bildirib.
Reuters-in məlumatına görə, prezident bu barədə Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində danışıb. Onun sözlərinə görə, süni intellektdən daha çox təsirlənən sahələrdə yeni məzunlar üçün ilkin iş yerlərinə tələbat azalır.
Şanmugaratnam hökumətlərin bu məsələyə vaxtında reaksiya verməsinin vacibliyini vurğulayıb. O, texnoloji dəyişikliklərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi fərqləri daha da artırmamasına diqqət çəkib.
Süni intellektin şirkətlərdə tətbiqi məhsuldarlığı artıra bilsə də, əmək bazarına daxil olmağa çalışan gənclər üçün yeni çətinliklər yarada bilər. Prezidentin fikrincə, bu prosesin nəticələrini yumşaltmaq üçün dövlətlərin koordinasiyalı tədbirləri vacibdir.

















