İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hicab mövzusunu manipulyasiya edərək Azərbaycana qarşı təbliğat kampaniyasına başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə SEPAH-a bağlı “SEPAH Pasdaran” teleqram kanalında paylaşım edilib.
Paylaşımda guya Azərbaycanda hicab qadağan olunduğu və buna qarşı etirazların artdığı iddia edilir.
Üstəlik, ölkəmizdə SEPAH-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu şüarla divar kağızları yapışdırdıqları, onların şəklini çəkərək SEPAH-a göndərdikləri bildirilib.
Göründüyü kimi, SEPAH bu görüntülərdən Azərbaycan əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Məqsəd hicab məsələsindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizdə ictimai rəyi manipulyasiya etməkdir.
















