“Biz yaxşı dostlar və tərəfdaşlarıq”.
1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında söyləyib.
“Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, - dövlət başçısı qeyd edib.
Prezident həmçinin qeyd edib ki, siyasi münasibətlərimiz güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik.
Dövlət başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
İlham Əliyev bildirib ki, biz Cənub-Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir.
Prezident deyib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
















