1xeber.media xəbər verir ki, İran ABŞ-nin münaqişənin dayandırılması ilə bağlı son cavabını yetərli hesab etmədiyini açıqlayıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzayi Vaşinqtonun bəzi məsələlər üzrə mövqeyini dəqiqləşdirməli olduğunu bildirib.
Rzayinin sözlərinə görə, ABŞ İranın irəli sürdüyü yeddi şərtdən bəzilərini qəbul etsə də, digər məsələlərdə aydınlıq yoxdur. O, tərəflər arasında vasitəçilik yolu ilə təmasların davam etdiyini də qeyd edib.
İran rəsmisinin açıqlaması iki ölkə arasında danışıqların nəticəsiz qaldığı və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı gərginliyin davam etdiyi bir vaxta təsadüf edir.
















