1xeber.media xəbər verir ki, nigeriyalı media sahibkarı Mo Abudu Londonda Afrika kinosuna və qitənin mədəniyyətinə həsr olunan yeni məkan — EbonyLife Place London-u açıb.
Yeni mərkəzin məqsədi Afrika filmlərinin və mədəniyyətinin beynəlxalq auditoriyaya çatdırılmasına dəstək verməkdir. Məkanda kino nümayişləri ilə yanaşı, restoran və Afrika mənşəli dizaynerlərin məhsullarının təqdim olunduğu butik də fəaliyyət göstərir.
Layihə Afrika yaradıcı sənayesinin beynəlxalq bazarda görünürlüğünü artırmaq və qitənin mədəni irsini daha geniş auditoriyaya tanıtmaq istiqamətində təşəbbüs kimi təqdim olunur.















