1xeber.media xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri vahid məktəbli geyimində müəllimləri ilə birlikdə Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Paylaşımda bu mənzərə məktəb mühitində vətənpərvərlik ruhunun, nizam-intizamın və milli-mənəvi dəyərlərə bağlılığın təzahürü kimi təqdim olunub.















