Polşanın 2001–2005-ci illərdə Azərbaycandakı səfiri olmuş Martsin Navrot vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə səfirliyin məlumatında deyilir.
"Polşanın 2001–2005-ci illərdə Azərbaycandakı səfiri Martsin Navrotun vəfatı xəbərini dərin hüznlə qarşıladıq. O, sədaqətli diplomat, enerjili, nikbin və səmimi insan kimi yadda qalacaq. Ailəsinə, yaxınlarına və dostlarına başsağlığı verir, bu ağır günlərdə yanlarında olduğumuzu bildiririk", - deyə məlumatda qeyd edilir.













