Bakıda “Kəlağayı yürüşü” keçirilir
Bakıda Qız qalasının qarşısından “Kəlağayı yürüşü”nə start verilib.
1xeber.media xəbər verir ki, tədbirdə QHT nümayəndələri və onlara qoşulan şəxslər iştirak edirlər.
İştirakçılar İçərişəhər–Fəvvarələr meydanı–Bulvar marşrutu üzrə yürüş edəcəklər.
Milli baş örtüyümüz olan kəlağayı ilə yürüşə qatılanlar şəhər sakinləri və qonaqlarla xatirə şəkilləri çəkdirəcək, mahnılar oxuyacaqlar.














