Türkiyənin İstanbul şəhərində güclü sel həyatı iflic edib.
1xeber.media xəbər verir ki, bir çox yerləri, o cümlədən küçə və prospektləri su basıb, marşrut avtobuslarındakı sərnişinlər çıxılmaz vəziyyətdə qalıblar.
İstanbul valiliyinin açıqlamasına görə, 1277 daşqın və 15 torpaq sürüşməsi hadisəsi baş verib; 47 nəfər köməksiz vəziyyətdə qalıb. Həmçinin 13 ağacın aşması və 2 binanın damının uçması qeydə alınıb.
Bundan əlavə, 76 nəqliyyat vasitəsi, 808 yaşayış evi və 280 iş yerinin ziyan görməsi ilə bağlı məlumatlar daxil olub. Bəzi ərazilərdə ağaclar maşınların üzərinə açıb.














