1xeber.media xəbər verir ki, Çin və Şimali Koreya iki ölkəni birləşdirən yeni Yalu çayı körpüsünü istifadəyə verib. Təxminən 3 kilometr uzunluğunda olan körpünün tikintisi 2014-cü ildə başa çatsa da, Şimali Koreya tərəfində infrastruktur işləri tamamlanmadığı üçün obyekt indiyədək işləmirdi.
Açılış mərasimi iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Çin Baş naziri Li Qianq bildirib ki, yeni keçid iqtisadi əməkdaşlığı və xalqlar arasında əlaqələri gücləndirəcək.
Körpünün ağır texnikanın, xammalın və enerji məhsullarının daşınmasını asanlaşdıracağı gözlənilir. Bununla belə, ekspertlər yeni infrastrukturun Şimali Koreya ilə ticarəti dərhal sanksiyalardan əvvəlki səviyyəyə qaytaracağına inanmırlar.
Reuters-in məlumatına görə, Çinin Şimali Koreyaya ixracı ötən il 25 faiz artaraq 2,3 milyard dollara çatıb.














