1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 16-dan 17-nə keçən gecə ölkənin hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 610 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, əməliyyat oktyabrın 16-sı saat 20:00-dan oktyabrın 17-si saat 08:00-dək davam edib.
Bildirilib ki, pilotsuz uçuş aparatları Leninqrad, Novqorod, Tver, Bryansk, Belqorod, Kursk, Oryol, Kaluqa, Voronej, Rostov, Smolensk və Tula vilayətləri üzərində zərərsizləşdirilib.
Bundan əlavə, Moskva regionu, Xantı-Mansi Muxtar Dairəsi, Krasnodar diyarı, Krım yarımadası və Qara dənizin akvatoriyası üzərində də PUA-ların məhv edildiyi iddia olunur.
Qeyd edək ki, açıqlanan rəqəmlər Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanır. Məlumatı müstəqil şəkildə təsdiqləyən əlavə mənbələr təqdim edilməyib.














