1xeber.media xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı yeni əməliyyat planı hazırlandığını açıqlayıb.
O, “X” sosial şəbəkəsindəki paylaşımında İranın silahlı qüvvələrinin əvvəlki 12 və 40 günlük müharibələrdən daha dağıdıcı plan hazırladığını bildirib.
Rezainin sözlərinə görə, ABŞ və İsrailin təhdidləri İranın mövqeyini dəyişməyəcək. O, yeni əməliyyatın qarşı tərəfin alışdığı qaydalarla həyata keçirilməyəcəyini iddia edib.















