İran parlamenti Mehrdad Əxlaqi Kitabçini müdafiə naziri vəzifəsinə seçib.
1xeber.media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunub ki, 237 deputat onun lehinə səs verib. Bununla da Kitabçi etimad səsverməsindən uğurla keçib və İranın müdafiə naziri seçilib.
Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin etmişdi.















