1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Starlink peyk rabitə sisteminin fəaliyyəti ilə bağlı açıqlamalarına münasibət bildirib.
Kiprli jurnalist Aleks Xristoforu özünün YouTube kanalında yayımlanan şərhində Rubionun mövqeyini dəyərləndirib. Onun fikrincə, ABŞ dövlət katibinin açıqlaması Donald Tramp administrasiyasının Ukrayna rəhbərliyi ilə bağlı məsələlərdən məsafə saxlamağa çalışdığını göstərir.
Jurnalist həmçinin sahibkar İlon Maskın da Ukraynada baş verən proseslərdən uzaqlaşmağa çalışdığını iddia edib.
Bundan əvvəl, oktyabrın 18-də Marko Rubio Ağ Evin Ukraynada Starlink terminallarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı heç bir göstəriş vermədiyini bildirib.
Xristoforunun fikrincə, bu açıqlama Zelenskinin irəli sürdüyü iddialara cavab xarakteri daşıyır və ABŞ dövlət katibinin Ukrayna prezidentinin sözlərinin əsaslılığını şübhə altına aldığını göstərir.
Qeyd edək ki, jurnalistin ABŞ administrasiyasının və İlon Maskın mövqeyi ilə bağlı fikirləri onun şəxsi qiymətləndirməsidir.















