1xeber.media xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin nəqliyyat naziri Andrey Nikitinin hökumət sədrinin müavini vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mişustin hökumətin yeni üzvlərinin namizədliklərini təsdiq üçün Dövlət Dumasına təqdim edib. Andrey Nikitinin baş nazirin nəqliyyat kompleksinin inkişafına da nəzarət edəcək müavini vəzifəsinə gətirilməsi təklif olunur.
Namizədlik parlamentin təsdiqinə təqdim edilib.















