1xeber.media xəbər verir ki, Fransada sosial və iqtisadi tələblərlə keçirilən etiraz aksiyaları genişlənir. Aksiyalara tələbələr, həmkarlar ittifaqları, fermerlər və “sarı jiletlilər” qoşulub.
Etirazçılar inflyasiya və bahalaşmaya qarşı tədbir görülməsini, əməkhaqqı, pensiya və sosial ödənişlərin artırılmasını tələb edirlər.
Oktyabrın 17-də keçirilən aksiyalarda 1 milyona yaxın insanın iştirak etdiyi, 2 mindən çox şəxsin saxlanıldığı bildirilir. Etirazlar zamanı polis və nümayişçilər arasında toqquşmalar da baş verib.
Aksiyalar fonunda Fransanın daxili işlər naziri Loran Nunyes istefa vermək istəsə də, Prezident Emmanuel Makron istefanı qəbul etməyib.
Məqalədə qeyd olunur ki, etirazlar Makron hakimiyyətinə siyasi təzyiqi artırıb. “Ipsos BVA-CESI” sorğusuna əsasən, prezidentin reytinqi 15 faizə düşüb, respondentlərin 82 faizi onun fəaliyyətini bəyənmədiyini bildirib.
Fransada növbəti prezident seçkisinin 2027-ci ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.















