1xeber.media xəbər verir ki, Fransanın paytaxtı Parisdə polis Yeni Kaledoniyadan olan kanak gənci amansızcasına döyüb. Bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
BTQ-nin açıqlamasında bildirilib ki, Parisin mərkəzində gənc kanakın polis tərəfindən döyülməsi Fransada fundamental hüquqların pozulmasının göstəricisidir.
Qrupun məlumatına görə, Fransada ictimai təhlükəsizliyin qorunması adı altında tətbiq edilən sərt tədbirlər dinc toplaşmaq hüququ ilə ziddiyyət təşkil edir. BTQ Fransa hakimiyyətini dialoq əvəzinə məhdudiyyət və qorxu siyasəti yürütməkdə ittiham edib.
Açıqlamada Qvadelupada yetkinlik yaşına çatmayanlar üçün gecə komendant saatının qəfil tətbiq edilməsi də qeyd olunub.















