Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi aparılıb.
1xeber.media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alsa da, amma
yekun nəticələrdə uğur qazana bilməyib.
1xeber.media Gununsesi.info-ya istinadla bildirir ki, DİA qiymətləndirmədən mənfi cavab alıb.
Məlumatda o da bildirilir ki, rektor Urxan Ələkbərov məsələni müzakirə etmək üçün elm və təhsil naziri Emin Əmrullayevə zəng etsə də, lakin nazir onun zənglərini cavabsız qoyub.
Mənfi cavabla İdarəçilik Akademiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Dövlət İdarəçilik Akademiyasının verməli olduğu 5 illik Şəhadətnamədən məhrum olub. Bu o deməkdir ki, ali məktəbin fəaliyyətinin keyfiyyət standartlarına uyğunluğunda ciddi nöqsanlar aşkar edilmişdir. Bu həm də ali məktəbin keyfiyyət təminatı sahəsində həyata keçirdiyi tədbirlərin sistemsiz xarakter daşımasından xəbər verir. DİA-nın akkreditasiyadan keçməməsi bu ali məktəbin nüfuzuna ciddi zərbə sayılmalıdır.
















