"Bəzi kütləvi informasiya vasitələrində Səbail Rayon İcra Hakimiyyətinin başçısının inzibati xəta törətməsi və cərimə olunması barədə yayılan məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir".
1xeber.media xəbər verir ki,bu açıqlama Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən verilib.
"Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız qanunla müəyyən olunmuş əsaslar və müvafiq hüquqi prosedurlar çərçivəsində, səlahiyyətli orqanın rəsmi qərarı ilə həyata keçirilir", - deyə məlumatda bildirilir.















