Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib.
1xeber.media xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal (Vahid) Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.
Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki,Bilal (Vahid) Nuriyev uzun müddət daxili işlər orqanlarında vəzifədə çalışıb.
Allah rəhmət eləsin!
















