1xeber.media xəbər verir ki, Polşa Ukraynaya iki sovet istehsalı olan MiQ-29 qırıcısı və müxtəlif növ hərbi sursatlar təhvil verəcək.
Bu barədə Polşa Müdafiə Nazirliyinin Strategiya və Müdafiə Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovski məlumat verib. Onun sözlərinə görə, qərar artıq qəbul edilib və təyyarələrin Ukraynaya təhvil verilməsi yaxın vaxtlarda həyata keçiriləcək.
“Rzeczpospolita” qəzetinin yazdığına görə, qırıcılardan birinin istismar müddəti başa çatıb və o, döyüşə hazır vəziyyətdə deyil. Digər təyyarə isə hələ də işlək vəziyyətdədir.
Təyyarələrlə yanaşı, Polşanın Ukraynaya 155 və 152 millimetrlik artilleriya mərmiləri, F-16 qırıcılarının altı lüləli topları üçün 102 millimetrlik sursatlar, həmçinin “Piorun” yaxın mənzilli zenit raketləri verməsi gözlənilir.
Məlumatda qeyd olunur ki, bu addım Polşanın Ukraynaya hərbi dəstəyinin davamı kimi qiymətləndirilir.
















