
1xeber.media xəbər verir ki, ABŞ-da federal hakim Donald Tramp administrasiyasının Kaliforniyada 20 mindən çox seçicinin poçtla göndərdiyi bülletenlərin sayılmasının dayandırılması ilə bağlı tələbini rədd edib. Ədliyyə Nazirliyi həmin şəxslərin ABŞ vətəndaşı olmaya biləcəyini iddia edirdi.
Hakim Devid Karter qərarında ştatların seçkilərin təşkili və keçirilməsi ilə bağlı səlahiyyətlərini vurğulayıb. Kaliforniya rəsmiləri isə federal qurumun təqdim etdiyi məlumatların etibarlılığına şübhə ilə yanaşıb və tələbin qanuni seçicilərin hüquqlarını poza biləcəyini bildirib.
ABŞ Ədliyyə Nazirliyi qərardan apellyasiya şikayəti verib.
















