1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Liviyada dövlətçiliyin dağıdılmasında mənfi rol oynadığını bildirib.
Putin bu barədə Rusiya-Afrika sammitinin plenar iclasında çıxışı zamanı danışıb.
Rusiya lideri Liviyada daxili siyasi proseslərin də mürəkkəb olduğunu qeyd edib. Bununla belə, o, Qərbin müdaxiləsinin ölkədə dövlətçiliyin dağılmasına təsir göstərdiyini vurğulayıb.
“Daxili siyasi prosesləri şərh etmək istəmirəm, onlar da mürəkkəb olub. Lakin Qərbin müdaxiləsi öz rolunu oynayıb və Liviyada dövlətçiliyin dağılmasına gətirib çıxarıb”, – Putin deyib.
















