1xeber.media xəbər verir ki, Hindistanın şərq sahillərini vuran “Arnab” siklonu nəticəsində azı 6 nəfər ölüb, bir sıra ərazilərdə elektrik təchizatında fasilələr yaranıb.
Güclü yağış və küləklə müşayiət olunan siklon oktyabrın 28-də Andhra-Pradeş ştatında quruya çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 15 mindən çox elektrik dirəyi zədələnib.
Fırtına yaxınlaşmazdan əvvəl Andhra-Pradeş və Odişa ştatlarında 180 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bəzi məktəblər bağlanıb, qatar və aviareyslərin bir hissəsi ləğv edilib.
Hakimiyyət orqanları zərərin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlərin davam etdiyini bildiriblər.
















