Azərbaycanda bir sıra rayon və şəhər icra hakimiyyəti başçılarının vəzifədən azad ediləcəyi gözlənilir.
1xeber.media Bizimesr.info-ya istinadla xəbər verir ki,bu ilin sonunadək yaşı 70-i keçmiş icra başçılarının təqaüdə göndərilməsi gözlənilir. nəzərdə tutulur. Onların yerinə daha gənc və perspektivli şəxslərin təyin olunacağı bildirilir.
Məlumatda, həmçinin qeyd olunur ki, vaxtilə Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə təyin edilmiş onlarla icra başçısı hələ də öz postunu qoruyub saxlayır. Həmin şəxslərin də mərhələli şəkildə vəzifələrindən uzaqlaşdırılacağı iddia olunur.
Qeyd edək ki, hazırda Azərbaycanda yaşı 70-i ötmüş və ya bu yaş həddinə çatmış bir sıra icra başçıları var. Onların arasında:
Mübariz Əhmədzadə – Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı (təxminən 78 yaş);
Bayram Səfərov – Şuşa Rayon İcra Hakimiyyətinin başçısı (təxminən 74 yaş);
Rafil Hüseynov – Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı (təxminən 72 yaş);
Şahmar Usubov – Xocalı Rayon İcra Hakimiyyətinin başçısı (təxminən 72 yaş);
Novruz Novruzov – Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (təxminən 71 yaş);

















