Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
1xeber.media xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.
Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.
















