1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülhə həqiqətən nail olmaq istəyirsə, Moskvaya səfər etməlidir.
Bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.
Onun sözlərinə görə, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyəti ciddidirsə, Moskva Ukrayna liderini qəbul etməyə hazırdır.
Analitik qeyd edib ki, Avropa ölkələri bu məsələdə razılığa gələ bilsələr, bu, mühüm diplomatik irəliləyişə səbəb ola və Rusiya ilə ciddi danışıqların başlanmasına yol aça bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Zelenskinin Putinlə görüşmək istədiyi halda Moskvaya gəlməli olduğunu bildirmişdi. Lavrov Ukrayna Prezidentinin Rusiyaya səfəri zamanı təhlükəsizliyinə zəmanət veriləcəyini vurğulamışdı.

















