
1xeber.media xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə etdiyi transfertlərin ümumi həcmi 2026-cı il sentyabrın 30-na 180 milyard 40,9 milyon manata çatıb.
Bu barədə Dövlət Neft Fondundan məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Fondun büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 milyard 628 milyon manat vəsait köçürülüb.
Qeyd edək ki, sentyabrın 30-na olan məlumata görə, ARDNF-nin aktivləri 74 milyard 4 milyon ABŞ dolları, manat ifadəsində isə 125 milyard 807 milyon manat təşkil edib.

















