1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) rəhbərliyi ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələrinin Vaşinqtonla münasibətləri yaxşılaşdıracağına və Ukraynaya Amerikanın dəstəyini artıracağına ümid etmir.
Bu barədə “Rapporteur” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Aİ diplomatları və rəsmiləri Vaşinqtonda siyasi qüvvələr nisbətinin dəyişməsinin ABŞ-ı Avropa üçün daha etibarlı tərəfdaşa çevirəcəyinə əmin deyillər.
Məlumata əsasən, Avropa ölkələri artıq ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımının gələcəkdə əvvəlki səviyyədə olmayacağı ehtimalına hazırlaşırlar. Bu məqsədlə Aİ ölkələrinin hökumətləri Kiyevə dəstəyi artıraraq Vaşinqtonun mümkün yardım boşluğunu doldurmağa çalışırlar.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd raket-tutucunun satışını təsdiqləyib. Lakin həmin raketlərin tədarükünün 2030-cu ildən tez başlamayacağı bildirilir.

















