
1xeber.media xəbər verir ki, Yaponiya mümkün böyük təbii fəlakətlərə daha hazırlıqlı olmaq üçün yeni Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyini fəaliyyətə başlayıb.
Associated Press-in məlumatına görə, qurumun əsas vəzifəsi zəlzələ, sunami və vulkan püskürməsi kimi fövqəladə hallara hazırlıq, xilasetmə və bərpa işlərini əlaqələndirməkdir. Agentlikdə 350-dən çox əməkdaş çalışacaq.
Yaponiyada xüsusilə Nankay çökəkliyi ərazisində baş verə biləcək güclü zəlzələ ciddi narahatlıq doğurur. Rəsmi qiymətləndirmələrə görə, belə bir fəlakət yüz minlərlə insanın həyatına təhlükə yarada bilər.

















