1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hazırda İrana qarşı yeni hərbi zərbə endirmək üçün təcili planlarının olmadığını bildirib.
Tramp bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb. O, ABŞ ilə İran arasında mövcud qarşıdurmanın hazırkı vəziyyətindən razı olduğunu ifadə edib.
ABŞ prezidentinin açıqlaması Vaşinqton və Tehran arasında mümkün hərbi eskalasiya ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Bununla belə, Trampın sözləri hərbi əməliyyatların tamamilə istisna edilməsi kimi qiymətləndirilməməlidir. O, yalnız hazırda təcili zərbə planının olmadığını bildirib.

















