
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.
Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında yayımlanan 2 noyabr tarixli fərmanda bildirilib.
Mükafat Melaniya Trampa Ukraynaya humanitar dəstək, hüquq müdafiəsi və xeyriyyəçilik fəaliyyəti, xüsusilə müharibədən zərər çəkmiş, qanunsuz deportasiya olunmuş və məcburi köçürülmüş ukraynalı uşaqların və vətəndaşların xilasına verdiyi töhfəyə görə təqdim olunub.
Bundan başqa, Melaniya Trampın xüsusi müşaviri Mark Bekman da Ukrayna vətəndaşlarına humanitar yardım göstərilməsinə və mülki əhalinin təxliyəsinə verdiyi töhfəyə görə “Qızıl Ürək” mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Melaniya Tramp Ukraynanın Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində humanitar missiyanın həyata keçirilməsinə vasitəçilik edib. Bu təşəbbüs çərçivəsində bölgədə müvəqqəti atəşkəs əldə olunub.

















