1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Türkiyə lideri bu barədə “Yeni Şafak” qəzetinə müsahibəsində danışıb.
Ərdoğan qeyd edib ki, region uzun müddətdir qeyri-sabitliklə üzləşir. Onun sözlərinə görə, əsas arzuları seçkilərin nəticələrinin Yaxın Şərqdə davamlı sülhə və sabitliyə şərait yaratmasıdır.
Prezident əlavə edib ki, bu məqsədlə Ankara ABŞ administrasiyası, eləcə də Konqresin Nümayəndələr Palatası və Senatı ilə sıx dialoqu davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer Konqresə aralıq seçkilərdən sonra İranla müharibənin dayandırılması istiqamətində çalışacaqlarını açıqlamışdı.

















