
İstanbulun Sultanqazi rayonunda axşam saatlarında beşmərtəbəli yaşayış binasının bağ divarı yüksək səslə çöküb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Əvvəlcə zəlzələ olduğunu düşünüb çölə çıxan mənzil sakinləri, binanın təməlinin zədələndiyini və bitişik tikinti sahəsinin təməlinin yağış suyu ilə dolduğunu görüblər.
Yerli sakinlər bu səbəbdən divarın çökdüyünü iddia ediblər. Bununla yanaşı, İstanbulun Bahçelievler rayonunda yeni binanın bünövrəsi qazılarkən yaxınlıqdakı digər bina çöküb.
Dağıntılar altında 2 nəfərin qaldığı bildirilir.

















