
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a səfər edib. Bu, ABŞ-da Konqres seçkilərinin nəticələrindən sonra iki ölkə rəsmiləri arasında ilk üzbəüz təmaslardan biri olacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Dmitriyev Vaşinqtonda ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirəcək. Səfər noyabrın 10-da Əbu-Dabidə planlaşdırılan Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin növbəti danışıqları ərəfəsində baş tutur.
Nəşr yazır ki, müzakirələrdə Ukraynadakı müharibənin dayandırılması, humanitar məsələlər, əsirlərin azad edilməsi və digər mövzuların gündəmə gəlməsi gözlənilir.

















