Azərbaycanda çipslərin də aksiz vergisinə cəlb edilməsi təklif olunur.
1xeber.media xəbər verir ki,təklifə əsasən, gələn ildən çipsin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək.
Bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunub.
Hazırda Azərbaycanda aksiz vergisi spirtli içkilərə, siqaretə, yanacağa, avtomobillərə və bir sıra digər məhsullara tətbiq edilir. Yeni təklif qəbul olunarsa, çipslər də bu siyahıya əlavə ediləcək.

















