1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qarşıdakı bir-iki həftə ərzində Ağ Evdə bir sıra mühüm hadisələrin baş verəcəyini bildirib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp jurnalistlərə açıqlamasında yaxın günlərdə çoxsaylı hadisələrin və mühüm planların həyata keçiriləcəyini deyib.
“Qarşıdakı bir-iki həftə ərzində çox şey görəcəksiniz. Qarşımızda çoxsaylı planlar var”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Tramp bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdən sonra Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanın yaxın zamanda əldə oluna biləcəyini açıqlamışdı.
Bundan əlavə, ABŞ-nin birinci xanımı Melaniya Tramp Dmitriyev vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə şəxsi məktub göndərib.















