“Bu gün Azərbaycanda qısa iş günü deyil”.
Bu barədə 1xeber.media-ya sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.
“Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş günü olmasına dair məlumatlar yayılıb.
















