1xeber.media xəbər verir ki, İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra hökumətin formalaşdırılması uğrunda mübarizə davam edir. 1Baş nazir Benyamin Netanyahunun mövqeyi zəifləyib.
İki ərəb partiyası da daxil olmaqla, altı parlament fraksiyası keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotu hökuməti formalaşdırmaq üçün dəstəkləyib. Onun namizədliyinə 67 deputat, Netanyahuya isə 46 deputat dəstək verib.
Netanyahunun rəhbərlik etdiyi blok seçkilərdə 53 mandat qazansa da, parlamentdə çoxluğu təmin edə bilməyib. İsrail Prezidenti İsxak Hersoqun bazar günü hökuməti formalaşdırmaq üçün namizədin kim olacağını açıqlaması gözlənilir.















