
1xeber.media xəbər verir ki, İsrail İrana qarşı yeni hərbi əməliyyat ehtimalını nəzərdən keçirir. Bu barədə “Ynet” nəşri İsrailin müdafiə rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail təhlükəsizlik qurumları ABŞ-ın növbəti addımlarını gözləyir. Rəsmilər regionda ABŞ qüvvələrinin genişmiqyaslı hərbi yerdəyişməsinə dair ciddi əlamətlərin hələ qeydə alınmadığını bildiriblər.
Bununla belə, mümkün əməliyyatla bağlı qərarın Vaşinqtondan asılı olaraq qısa müddətdə dəyişə biləcəyi qeyd olunur.
İsrail tərəfi vəziyyəti izləməkdə davam edir. Hazırda ABŞ-ın İrana qarşı yeni hücum barədə yekun qərar qəbul etdiyi təsdiqlənməyib.
















