1xeber.media xəbər verir ki, amerikalı jurnalist Cekson Hinkl Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə ittiham edib.
Bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.
Hinkl Zelenskini ABŞ vətəndaşlarının hesabına maliyyə əldə edən şəxs kimi xarakterizə edərək, onu sərt ifadələrlə tənqid edib.
Jurnalistin bu açıqlaması Zelenskinin verdiyi müsahibəyə münasibət olaraq səsləndirilib. Ukrayna Prezidenti həmin müsahibəsində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Rusiya və Ukrayna arasında balans yaratmağa çalışmayacağına, Kiyevi dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Hinkl isə bu fikirlərə etiraz edərək, ABŞ-ın Ukraynaya göstərdiyi maliyyə dəstəyini tənqid edib.
Qeyd edək ki, ABŞ-da Ukraynaya ayrılan yardım və Vaşinqtonun Rusiya-Ukrayna müharibəsindəki mövqeyi ölkənin siyasi gündəmində müzakirə olunan əsas məsələlərdəndir.
Xatırladaq ki, noyabrın 5-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinə keçirilən seçkilərdən sonra Donald Trampın xarici siyasət kursunu davam etdirəcəyini bildirib. O, digər məsələlərin ABŞ-ın daxili işlərinə aid olduğunu vurğulayıb.
















