Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-
cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış
hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman
belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq,
torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi
bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ
Azərbaycandır və nida”.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün ərzində döyüş meydanında Qələbəyə
doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşməni darmadağın etdi. Rəşadətli
ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20
oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi
düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur
düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Ali Baş Komandan, Prezident İlham Əliyev həm döyüş meydanında, həm də siyasi
meydanda bir daha sübut etdi ki, haqq-ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ
Azərbaycandır! Reallığını 44 gündə – mümkünsüzü mümkün etdik!
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-
iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin
dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq
salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində
tarixi zəfər çaldı.
Böyük Zəfər Günü – gələcək daha böyük qələbələrin bələdçisi və təminatçısıdır. Ali Baş
Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü
ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.
Şanlı Zəfərimizin 3-cü ilində – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən
Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı
dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına
keçdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin il oktyabrın 15-
də Azərbaycan bayrağının Xankəndində, həmçinin Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində asılması və
Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən bu böyük qələbənin son
mərhələsidir.
Bu qələbə yalnız cırtdan Ermənistan üzərində deyil, bu ölkəni hər tərəfdən var gücü ilə
sıxan bir neçə qanlı imperiyanın üzərində qazanılan böyük qələbədir.
Bu qələbə daimi parça parça hissəciklərə parçalanmağa meylli olan bütün qüvvələrin,
böyük Türk xalqlarının bir güc ətrafında birləşməsi, bütün millətin və xalqların bir lider ətrafında
konsolidasiyası və birgə mübarizəsi ilə qazanılan qələbədir.
İkinci Vətən Müharibəsində Azərbaycan xalqının Şanlı Qələbəsi Azərbaycanın son 2000
illik tarixinin ən möhtəşəm hadisəsidir. Bu gün işğaldan azad edilən ərazilərdə güniş
miqyaslıquruculuq işləri həyata keçirilir. Artıq keçmış məcburi köçkünlərin doğma yurdlarına
qayıdışına başlanılıb.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə
cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin
sürətlə aparılması da bunu deməyə əsas verir.
Günel Cəfərova,
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi















