Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması ölkə iqtisadiyyatı üçün ağır nəticələrə səbəb ola bilər.
1xeber.media xəbər verir ki, bunu noyabrın 11-də Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində bildirib.
Kaladzenin sözlərinə görə, Avropa İttifaqı Gürcüstandan elə addımlar tələb edir ki, bu tələblərin yerinə yetirilməsi ölkənin iqtisadiyyatına ciddi zərər vura bilər. O, xüsusilə Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasına görə tənqid olunduğu qətnamələrə diqqət çəkib.
“Onlar elə məsələlər tələb edirlər ki, düşünəndə bunun ölkən üçün dağıdıcı olacağını, iqtisadiyyatını məhv edəcəyini əvvəldən anlayırsan”, – deyə Tbilisi meri vurğulayıb.
Gürcüstan rəsmisi Avropa İttifaqının ölkənin dostu olduğunu və onun rifahını istədiyini bəyan etməsinə baxmayaraq, eyni zamanda Gürcüstandan özü üçün zərərli addım atmağı tələb etməsini sual altına alıb.

















