Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın materik Çinlə birləşməsinin qaçılmaz olduğunu və bunun ölkənin hakim Kommunist Partiyasının dəyişməz tarixi missiyası sayıldığını bildirib.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Si Cinpin bu fikirləri inqilabçı və respublikaçı Çinin ilk prezidenti Sun Yat-senin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş tədbirdə səsləndirib.
“Tarixin gedişatını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi təmin edilməlidir və mütləq təmin olunacaq”, – deyə Çin lideri vurğulayıb.
O, həmçinin Tayvanın Çinlə birləşməsinin “bir ölkə, iki sistem” prinsipi əsasında dinc yolla həyata keçirilməli olduğunu qeyd edib.
Si Cinpin Tayvanda yaşayan çinliləri separatçı qüvvələrin fəaliyyətinin qarşısını almağa çağırıb.
















