Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukrayna ordusunun hərbi aerodromlarının obyektlərinə və müvəqqəti dislokasiya məntəqələrinə zərbələr endirib. Hücumlar Ukraynanın 154 rayonunu əhatə edib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, zərbələr nəticəsində Ukrayna silahlı birləşmələrinin hərbi aerodrom infrastrukturu və müvəqqəti yerləşmə məntəqələri hədəfə alınıb.
Əməliyyatlarda operativ-taktiki aviasiya, zərbə PUA-ları, raket qoşunları və artilleriyadan istifadə olunub.
Bundan əlavə, Rusiya qoşunlarının “Dnepr” qruplaşmasının bölmələrinin cəbhənin ön xəttində mövqelərini yaxşılaşdırdığı bildirilib. Həmin bölmələr Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin bir neçə hərbi birləşməsinə də zərbələr endirib.
Qeyd edək ki, məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb. Hücumların nəticələri və Ukrayna tərəfinin mümkün itkiləri barədə əlavə məlumat verilməyib.

















